Şərab istehsalı azalıb, araq istehsalı isə artıb – Hesabat

16:37 - 16.12.2020


16 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda araq istehsalı 1 milyon 842,7 min dekalitr təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu 2019-cu ilin müvafiq ayına nisbətən 8,4% artım deməkdir.

İlin ilk 11 ayında ölkədə 232,6 min dekalitr üzüm şərabı istehsal edilib ki, bu da ötən ilin müvafiq ayına nisbətdə 54,6% azdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər