Tütün istehsalı artıb - 10 faizə yaxın

16:57 - 16.12.2020


16 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 7 milyard 674,7 milyon ədəd papiros və siqaretlər və 4 189,3 ton fermentləşdirilmiş tütün istehsal edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə fermentləşdirilmiş tütünün istehsalı 2,5% azalıb, papiros və siqaretlərin istehsalı isə 47,7% artıb.

Qeyd edək ki, kənd təsərrüfatı sektoru çərçivəsində 6 494 ton tütün istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% çoxdur.

 

Bütün xəbərlər