Bu səbəbdən ictimai iaşə xidmətlərinin həcmi azalıb – Hesabat

17:23 - 16.12.2020


16 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr ayları üzrə Azərbaycandakı ictimai iaşə xidmətlərinin həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, sözügedən dövrdə ictimai iaşə xidmətlərinin həcmi 682,8 mln. manat təşkil edib.

Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə azdır.

Kəskin azalmanın əsas səbəbi kimi koronavirus infeksiyası yayılması göstərilir.

 

Bütün xəbərlər