Azərbaycanda koronavirusa yoluxma üzrə ölüm faizi açıqlandı – Detallar

10:37 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Hazırda Azərbaycanda koronavirusa yoluxma üzrə ölüm faizi 1,1-dir.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, ölkədə koronavirusa yoluxduğu qeydə alınan 187 336 nəfərin 2 050-si dünyasını dəyişib ki, bu da virusa yoluxan hər 1 000 nəfərdən 12-nin vəfat etməsi deməkdir.

Dünyada ümumilikdə bu günə qədər təxminən 75 milyona yaxın insan koronavirusa yoluxma qeydə alınıb, onlardan 1,6 milyondan artıq insan vəfat edib.

Bu isə o deməkdir ki, dünyada yoluxanların ölüm faizi 2,2-dir.

 

Bütün xəbərlər