Azərbaycanda təqaüdün artırılması üçün daha 1,9 milyon manat ayrılıb

11:59 - 21.02.2018


21 fevral, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev müəyyən kateqoriyalara aid şəxslərin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

Əlavə vəsaitlər, milli qəhrəmanlara, Böyük Vətən Müharibəsi iştirakçılarına, Əfqanıstan müharibəsində həlak olanların ailələrinə, hərbi xidmətdə birinci qrup əlilliyi olan şəxslərə veriləcək.

Dövlət başçısının sərəncamının icrası nəticəsində, sərəncam şamil olan 23 082 nəfər, ümumi məbləği 1,9 milyon manat təşkil edəcək əlavə vəsait alacaq.

 

Bütün xəbərlər