Qarabağ üzrə Regional Turizm İnkişaf Strategiyası hazırlanıb - Fuad Nağıyev

14:32 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Sahibkarlar azad olunmuş torpaqlarda hotellərin tikintisinə investisiya qoymağa çağırılıb.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Hotel Assosiasiyasının 3-cü Baş Assambleyasında çıxışında bildirib.

Assambleyada iştirakçılar Milli Ulduz Təsnifatı sisteminə uyğun olaraq hotellərin ulduzlaşması, müraciət qaydaları və tətbiq prosedurları haqqında da məlumatlandırılıblar.

F.Nağıyev dünya turizminin bütün sahələri kimi hotelçilik sahəsinin də xeyli zərər gördüyünü qeyd edib.

Agentlik sədri, həmçinin Qarabağ üzrə Regional Turizm İnkişaf Strategiyasının hazırlandığını bildirib. Eyni zamanda Fuad Nağıyev sahibkarları Qarabağın turizm potensialına və hotellərin tikitintisinə investisiya yatırmağa səsləyib. Qarabağda turizmi birlikdə inkişaf etdirməyə çağıran F.Nağıyev tezliklə Qarabağda yeni hotellərin açılacağına və oraya üz tutan turistlərə ən yüksək keyfiyyətli xidmətlərin göstəriləcəyinə dair inamını ifadə edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər