Arı ailələri üçün arıçılar 5 milyon manatdan çox subsidiya alıb – Hesabat

15:06 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Bu il ərzində 22 185 arıçı bəslədikləri arı ailələrinə görə 5 milyon manatdan çox subsidiya alıb.

ABC.AZ Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, 4 955 kümçüyə 2.2 milyon manata yaxın barama subsidiyası ödənilib.

Pambıq, şəkər çuğunduru, quru və yaş tütün istehsal etmiş 19 min fermer məhsul subsidiyası üçün müraciət edib.

Bu fermerlərə 34 milyon manat məhsul subsidiyası ayrılıb.

Toxum subsidiyası üçün müraciət edən toxumçular 75 min ton məhsul satdıqlarını bəyan ediblər.

Onlara 5.5 milyon manat subsidiya məbləği hesablanıb.

 

Bütün xəbərlər