“Bulla-dəniz” yatağında yeni quyu işə salınıb

16:23 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. “Bulla-dəniz” yatağında 122 nömrəli stasionar dəniz özülündən qazılmış quyu yüksək hasilatla işə düşüb.

ABC.AZ xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyi məlumat yayıb.

Quyunun gündəlik təbii qaz hasilatı 700 min kubmetr təşkil edir. Qaz hasilatına uyğun kondensat hasilatı da kifayət qədər yüksəkdir.

 

Bütün xəbərlər