Putin Qarabağın Azərbaycanın ərazisi olduğunu bir daha təsdiqlədi

16:58 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Beynəlxalq hüquq baxımından bütün bu ərazilər Azərbaycanın ayrılmaz hissəsidir.

ABC.AZ xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransında Qarabağdakı son vəziyyətlə bağlı danışarkən deyib.

O daha sonra sözlərinə belə davam edib:"Bir daha təkrar edirəm ki, Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Bu şərtləri nəzərə alaraq demək istəyirəm ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ da Azərbaycan ərazisidir”.

 

Bütün xəbərlər