Əcnəbilərin Gürcüstanda yaşaması məhdudlaşır – Yeni qanun layihəsi

10:19 - 18.12.2020


18 dekabr, Fineko/abc.az. Xarici ölkə vətəndaşlarının Gürcüstanda yaşayış icazəsi almaq imkanları məhdudlaşdırılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” hazırlanan yeni qanun layihəsində qeyd olunub.

Hökumətin təşəbbüsü ilə hazırlanan və parlamentə təqdim edilən sənədə əsasən, icazə almaq imkanı yalnız əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin həyat yoldaşı, yetkinlik yaşına çatmayan uşağı və onun valideyninə veriləcək.

Bununla yanaşı Gürcüstana vizasız daxil olmaq və qalma hüququna malik ölkələrin vətəndaşı olan şəxslər də yaşayış izni ala biləcəklər.

Müəllif:Elmir Murad

 

Bütün xəbərlər