330x110
 

Bu tikinti məhsullarının istehsalı artıb – Siyahı

18.12.2020,10:41


18 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2020-ci ilin 11 ayında bəzi tikinti mallarının istehsalında azalma müşahidə olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ümumiyyətlə, tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 660,8 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,6 faiz artıb.

Tikinti gipsinin istehsalı 2,4 dəfə, tikinti kərpicinin istehsalı 21,2 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 11,0 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 6,5 faiz artıb.

Tikinti əhənginin istehsalı 26,9 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 35,3 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 40,1 faiz, asfaltın istehsalı isə 57,1 faiz azalıb.

Müəllif: Elmir Murad