Dünyanın nəhəng şirkəti ixtisara gedir – 2 mindən çox işçi çıxarılacaq

11:07 - 18.12.2020


18 dekabr, Fineko/abc.az. “Coca-Cola” şirkəti dünya üzrə 2,2 min iş yerini ixtisar edəcək.

ABC.AZ-ın məlumatına görə, şirkət ABŞ-da isə 1,2 min iş yerini ixtisar edəcək. Şirkətdən bildirilib ki, ixtisarlara səbəb koronavirus pandemiyasıdır.

Belə ki, koronavirus pandemiyası şirkətin restrukturizasiya işlərini sürətləndirir.

Şirkət rəamilərinin sözlərinə görə, barların, restoranların, kinoteatrların və içki satılan digər yerlərin bağlanması  səbəbindən xərcləri azaltmaq  məcburiyyətindəyik.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər