Gürcüstanda ölənlər artsa da yoluxma sayı azaldı

11:44 - 18.12.2020


18 dekabr, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda 2 635 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 49 nəfərin ölməsi ilə bərabər ümumilikdə 2244 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 2244 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 204.003 nəfərə çatıb.

Onlardan 171.526 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər