Azərbaycan banklarının səhmdar kapitalına inyeksiyalar 0,9 milyard manat təşkil edib

21.02.2018,12:41


21 fevral, Fineko/abc.az. Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasında, Strateji Yol Xəritələrinin icrasına həsr olunmuş iclas keçirilib.

Palatadan verilən məlumata əsasən, iclas, qurumun baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilib.

“2017-ci il ərzində bankların cəmi kapital inyeksiyalarının həcmi 0,9 mlrd. manat təşkil edib. Ümumilikdə, 2016-2017-ci illərdə bankların səhmdar kapitalına investisiyalar 1,2 mlrd. manat olub”, - məlumatda belə deyilir.