İctimai iaşə obyektləri belə fəaliyyət göstərə bilər – İzah

12:33 - 18.12.2020


18 dekabr, Fineko/abc.az. Nazirlər Kabineti Xüsusi karantin rejimində Azərbaycan ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə xidmətlə bağlı bəzi məqamlara aydınlıq gətirib.

ABC.AZ xəbər verir ki, ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər.

Bu rejimin tətbiqinin əsas məqsədi ictimai iaşə obyektlərində qapalı yerlərdə (zallar, otaqlar və s.) insanların sayının çoxluğu ilə əlaqədar müştəriyə yerində xidmət zamanı virusa yoluxma riskinin qarşısının alınmasıdır.

Bu baxımdan ictimai iaşə obyektlərində əvvəlcədən edilmiş sifarişlərin hər hansı bir məkana və ya xidmət göstərən obyektin qarşısında gözləyən müştəriyə çatdırılması (təqdim edilməsi) qanunvericiliyin tələblərinə uyğundur.

Müəllif: Elmir Murad

Bütün xəbərlər