Ukrayna azad edilmiş ərazilərimizə investisiya qoyacaq – Artıq təkliflər var

14:21 - 18.12.2020


18 dekabr, Fineko/abc.az. Azərbaycan Ukraynadan işğaldan azad olunan ərazilərə investisiyaların artırılmasını gözləyir.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Ukraynanın ticarət nümayəndəsi Taras Kaçkanın azərbaycanlı iş adamları ilə keçirilən görüşündə bildirib.

Onun sözlərinə örə, işğaldan azad edilmiş ərazilərdə artıq yol və tikinti işlərinə başlanılıb: “İnanıram ki, Ukrayna bu proseslərdə iştirak edə bilər və etməlidir. Çünki, Ukrayna bizim strateji tərəfdaşımızdır". Səfir həmçinin əlavə edib ki, Azərbaycan bəzi Ukrayna şirkətlərindən işğaldan azad edilmiş bölgələrin inkişafına investisiya qoyuluşu ilə bağlı təkliflər alıb.

 

Bütün xəbərlər