Bu ölkələrdən Azərbaycana gələnlərin sayı azalıb – Siyahı

14:37 - 18.12.2020


18 dekabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana gələnlərin 28,2 %-i Rusiya, 23,7 %-i Gürcüstan, 19,5 %-i Türkiyə, 8,9 %-i İran, 2,1 %-i Ukrayna, 1,7 %-i Hindistan, 1,6 %-i Səudiyyə Ərəbistanı, hər biri 1,1 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qazaxıstan, hər biri 1 % faiz olmaqla Pakistan və Türkmənistan, hər biri 0,9 % olmaqla Küveyt və Böyük Britaniya, 0,8 %-i Belarus, hər biri 0,7 % olmaqla Özbəkistan və İraq, hər biri 0,5 % olmaqla Almaniya və İsrail, 5 %-i digər ölkələrin vətəndaşları, 0,1 %-i isə vətəndaşlığı olmayan şəxslər olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 80,3 %-ni kişilər, 19,7 %-ni qadınlar təşkil edib. 11 ay ərzində gələnlərin sayı Çindən 16,4 dəfə, Cənubi Koreyadan - 13,6 dəfə, İsraildən - 10,7 dəfə, Yaponiyadan - 10,0 dəfə, Polşadan - 9,9 dəfə, İraqdan - 9,2 dəfə, Səudiyyə Ərəbistanından - 8,6 dəfə, Macarıstandan - 8,4 dəfə, BƏƏ-dən ­­ - 7,2 dəfə, Omanvə Kanadadan - 7,1 dəfə, ABŞ-dan­ - 7 dəfə, Türkmənistandan - 6,1 dəfə, Fransadan - 6 dəfə, Almaniya və Qətərdən - 5,7 dəfə, Niderland ­və Qazaxıstandan - 5,3 dəfə, Böyük Britaniyadan - 5,2 dəfə, İtaliyadan - 4,3 dəfə azalıb. Müəllif: Elmir Murad

 

Bütün xəbərlər