Vaksinasiyaya 2021-ci ilin əvvəlindən başlanılacaq – İlham Əliyev

14:51 - 18.12.2020


18 dekabr, Fineko/abc.az. Koronavirusla mübarizədə Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada bu bəlaya qarşı operativ tədbirlər həyata keçirib.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev MDB dövlət başçılarının onlayn sammitində çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, qısa müddətdə ölkədə yeni laboratoriya, müasir və modul tipli xəstəxanaların açıldığını, büdcədən pul ayrıldığını və pandemiyadan əziyyət çəkən insanlara maliyyə yardımı göstərildiyini diqqətə çatdırıb: "Vaksinasiyaya dair strategiya hazırlanıb. Koronavirusa qarşı vaksinasiya proqramına 2021-ci ilin əvvəlindən başlanması planlaşdırılıb.

Peyvəndlənmə könüllü olacaq, dövlət hesabına aparılacaq”.

 

Bütün xəbərlər