Nəzarət Palatası: Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesi yekun mərhələyə çatdırılıb

12:54 - 21.02.2018


21 fevral, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesi  artıq yekun mərhələdədir.

Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasından alınan məlumata əsasən, bankın problemli aktivləri “Aqrarkredit” QSC-nə ötürülüb və bankın xarici borc öhdəliklərinin restrukturizasiyası təmin olunub.

“Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bank restrukturizasiyasının hüquqi çərçivəsi formalaşdırılıb, Azərbaycanın “Banklar haqqında” qanununa yeni maddə əlavə edilib”, - məlumatda belə deyilir.

Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesi, dövlət başçısının 15 iyul 2015-ci il tarixli sərəncamına müvafiq olaraq həyata keçirilir.

 

Bütün xəbərlər