Ağdamdakı məscid niyə dağıdılmayıb? – Prezident məsələyə aydınlıq gətirdi

15:43 - 18.12.2020


18 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında iştirak edib.

ABC.AZ-ın məlumatına görə, videokonfransda dövlət başçısı Ağdamda yarımdağıdılmış məscid barədə danışıb. İ.Əliyev qeyd edib ki, Ağdam şəhəri yoxdur. O dağıdılıb.

"Ağdam şəhərindən yarımdağıdılmış məscid qalıb. Biz maraqlananda ki, bəs onu niyə digər məscidlər kimi dağıtmayıblar, bizə deyildi ki, bu, ermənilər üçün özünəməxsus oriyentir olub. Ermənilər Azərbaycan Ordusunun bu istiqamətdə artileriya gücündən istifadə etməsin deyə bu addımı atıblar" deyə İ.Əliyev vurğulayıb.

 

Bütün xəbərlər