Dünya Bankı Azərbaycana vergi tətillərinin monitorinqinin keçirilməsində kömək edə bilər

13:04 - 21.02.2018


21 fevral, Fineko/abc.az. Vergilər naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə regional meneceri Naveed Hassan Naqvini qəbul edib.

Nazirliyin məlumatında deyilir ki, görüş zamanı,  ölkənin vergi sisteminin islahatına texniki dəstək göstərilməsi ilə bağlı məsələlər müzakirə edilib.

“Qeyd edilib ki, Dünya Bankının texniki dəstək göstərə biləcəyi sahələrin müəyyənləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə müzakirələr və dəyərləndirilmələr aparılıb. Belə sahələr sırasında vergi güzəştləri və azadolmaların monitorinqinə dəstək,  transfer qiymətləri və BEPS (vergitutma bazasının azaldılması və mənfəətin başqa ərazilərə köçürülməsi ilə mübarizə üzrə tədbirlər planı) tədbirlərinin icrası sahəsində Vergilər Nazirliyinin əməkdaşlarının bacarıqlarının artırılması və potensialının gücləndirilməsi, habelə vergi siyasətinin təhlilinə dəstəyin göstərilməsi kimi istiqamətlərə xüsusi diqqət yetiriləcək”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər