İşğala oğullarımızın rəşadəti və igidliyi sayəsində son qoyduq – İlham Əliyev

16:32 - 18.12.2020


18 dekabr, Fineko/abc.az. Biz bu işğala özümüz silah gücünə, oğullarımızın rəşadəti və igidliyi sayəsində son qoyduq və əslində, BMT Təhlükəsizlik Şurasının 27 il bundan əvvəl qəbul edilmiş, erməni işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrini həyata keçirdik.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev bunu MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, ATƏT-in Minsk qrupunun yaradıldığı 1992-ci ildən keçən 28 il ərzində Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edirdi.

"Status-kvonun saxlanılmasına yönəlmiş bütün cəhdlər Ermənistan rəhbərliyinin danışıqlar trekində imitasiya xarakterli hərəkətləri ilə maskalanırdı. Əslində təkcə bizi deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdılar”, - deyə dövlət başçısı vurğulayıb.

 

Bütün xəbərlər