Ermənistanda aksiyalar dayanmır – Bu dəfə etirazlar Sünik bölgəsindədir

10:16 - 21.12.2020


21 dekabr, Fineko/abc.az. Ermənistanda aksiyalar səngimək bilmir.

ABC.AZ-ın məlumatına görə, bu dəfə etiraz aksiyası Azərbaycanla həmsərhəd Sünik bölgəsində baş verib.

Belə ki, bölgəyə gələn Baş nazir Nikol Paşinyanı bir qrup sakini ona mane olmağa çalışıb.

Bu gün səhər tezdən bir qrup Sünik sakini Paşinyanın kortejini dayandırmaq üçün “Sünik qapısı” adlanan bölgənin girişinə toplaşmaq üçün yola çıxıblar, lakin polis əməkdaşları onların yolunu kəsib.

Qeyd edək ki, daha əvvəl Paşinyan Sünik bölgəsinə - Mehri, Qafan, Gorus, Sisian şəhərlərinə səfər edəcəyini açıqlamışdı.

 

Bütün xəbərlər