330x110
 

Bu ölkələr Britaniya ilə əlaqələri dayandırdı – Siyahı

21.12.2020,10:23


21 dekabr, Fineko/abc.az. Britaniyada koronavirusun mutasiyaya uğramış yeni formasının aşkarlanmasından sonra Avropa Birliyinin azı 14 üzv dövləti də daxil olmaqla, dünyanın onlarla ölkəsi Birləşmiş Krallıqla nəqliyyat əlaqələrini kəsməyə qərar veriblər.

ABC.AZ-ın məlumatına görə, Birləşmiş Krallıqla uçuşların dayandırılması qərarını ilk olaraq Niderland hakimiyyəti elan edib.

Niderlanddan azı 24 saat sonra Belçika Böyük Britaniya ilə sərhədini bağlayıb. Latviya hökuməti də dünən Birləşmiş Krallıqla sərnişin daşınmalarının dayandırılması barədə qərar qəbul edib. Finlandiya isə Britaniya ilə hava əlaqələrini iki həftəlik dayandırıb. İspaniya Britaniya ilə sərnişin daşınmasını hələ dayandırmasa da, bu ölkədən gələn sərnişinlərə nəzarəti gücləndirib. Lakin İsveçrə İspaniyadan fərqli mövqe tutub. Bu ölkə Britaniya ilə hava əlaqəsini kəsib. Birləşmiş Krallıqla hava əlaqəsini dayandıran ölkələr arasında Xorvatiya da var. Kanada hakimiyyəti dekabrın 21-dən Britaniya ilə hava əlaqəsini dayandırdığını bəyan edib. Ancaq SBS telekanalı bunun müvəqqəti olduğunu bildirib.