Gürcüstanda yoluxma kəskin azaldı – Ölüm halında də isə artım var

11:27 - 21.12.2020


21 dekabr, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda 824 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 4 227 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 209.462 nəfərə çatıb.

Onlardan 184.668 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 46 nəfərin ölməsi ilə bərabər ümumilikdə 2140 nəfər həyatını itirib. Hazırda ölkə üzrə karantin rejimində 489, stasionar nəzarətdə 6 627 nəfər var. 1 824 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər