Kapital bazarında tariflər aşağı salınıb

11:39 - 21.12.2020


21 dekabr, Fineko/abc.az. Milli Depozit Mərkəzinin yeni tariflərinin qüvvəyə minməsi nəticəsində tənzimlənən bazarda emitentlərin və investorların tarif yükü azaldılıb.

ABC.AZ Milli Depozit Mərkəzinə istibadən xəbər verir ki, bu kapital bazarının tənzimlənən seqmentinin və şirkətlərin fond birjasında listinqə çıxışının təşviqi, eyni zamanda təkrar bazar əməliyyatlarının stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Yeni tarif rejimi çərçivəsində fond birjasında listinqdə çıxan şirkətlər tərəfindən Milli Depozit Mərkəzinə ödənilən tariflər iki dəfədən çox aşağı salınıb, həmçinin fond birjasında korporativ qiymətli kağızlarla təkrar bazar, marketmeyker və repo əqdlərinin qeydiyyatı üzrə Milli Depozit Mərkəzi tərəfindən investorlardan tutulan tariflər optimallaşdırılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər