Azərbaycan İnvestisiya Holdinqi ilə Rusiya şirkətlərinin əməkdaşlığı müzakirə edilib

12:07 - 21.12.2020


21 dekabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyaın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.

ABC.AZ-ın məlumatına görə, İqtisadiyyat naziri Rusiyanın əsas ticarət tərəfdaşlarımızdan və qeyri-neft ixracında ilk yerdə olduğunu, kənd təsərrüfatı, sənaye, nəqliyyat-tranzit, investisiya, turizm və s. sahələrdə uğurlu əməkdaşlığı, əlaqələrin inkişafı üçün böyük potensialını qeyd edib.

Görüşdə Azərbaycan İnvestisiya Holdinqi ilə əməkdaşlıq perspektivləri, həmçinin azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrdə Rusiya şirkətlərinin iştirakına dair müzakirələr, növbəti Azərbaycan-Rusiya Regionlararası Forumunun təşkili barədə fikir mübadiləsi aparılıb.

 

Bütün xəbərlər