Azərbaycanın neft hasilatı azalıb - Hesabat

15:05 - 21.12.2020


21 dekabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda 31,6 milyon ton neft hasil edilib.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 milyon ton azdır.

Respublika üzrə neft hasilatının 21,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,8 milyon ton təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər