İxraca nəql olunan neftin həcmi də azalıb – 9 faizə yaxın

15:13 - 21.12.2020


21 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Energetika Nazirliyi bu ilin 11 ayında hasil və ixrac edilən neftin həcmini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabat dövründə 26 milyon ton neft ixraca nəql olunub.

Bu 2019-cu ilin 11 ayına nisbətən, təxminən, 2,5 milyon ton, yəni 8,8 faiz azdır. Neftin (kondensatla birlikdə) 24,8 milyon tonu konsorsium, 1,2 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.

 

Bütün xəbərlər