Qaz hasilatı artıb – 11 ayın hesabatı

15:18 - 21.12.2020


21 dekabr, Fineko/abc.az. Bu ilin on bir ayı ərzində 33,7 milyard kubmetr qaz hasil edilib.

ABC.AZ-ın məlumatına görə, bu ötən ilin müvafiq dövrünə nisbətən 4,7 faiz, yəni 1,5 milyard kubmetr artım deməkdir.

Qaz hasilatının 10,7 milyard kubmetri AÇG-dən, 16,3 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 6,7 milyard kubmetr qaz hasil olunub.

 

Bütün xəbərlər