Azərbaycan qazının ixracının artırıldığı ölkələr - Siyahı

15:26 - 21.12.2020


21 dekabr, Fineko/abc.az. 2020-ci ilin 11 ayında xaricə qaz satışı 12 milyard kubmetr təşkil edib.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur.

Cari ilin 11 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,1 faiz çox, yəni 10 milyard kubmetr qaz ixrac edilib.

Gürcüstana ixrac edilən qazın həcmi 2 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 4,2 milyard kubmetr qaz nəql olunub.

 

Bütün xəbərlər