Azərbaycan prezidenti İranın müdafiə naziri ilə görüşdü

14:34 - 21.02.2018


21 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev İranın nümayəndə heyətini qəbul edib.

Azərbaycan prezidentinin saytında bildirilir ki, İranın nümayəndə heyətinə İranın  müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi başçılıq edir.

“Dövlət başçısı deyib ki, Azərbaycanla İran arasında dostluq və qardaşlıq münasibətləri müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahələrində uğurla inkişaf edir.

Prezident İlham Əliyev, İranın  Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Azərbaycana bu səfərinin, iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə münasibətlərin mövcud vəziyyətini, həmçinin, gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaradacağından əmin olduğunu bildirib”, - məlumatda belə deyilir.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

 

Bütün xəbərlər