Koronavirusun yeni halı barədə ÜST-dən açıqlama – Bu daha asan ötürülür

10:33 - 22.12.2020


22 dekabr, Fineko/abc.az. Hələlik koronavirusun yeni aşkar olunmuş halının ağır fəsadlara və ya ölümə səbəb ola biləcəyinə dair sübutlar yoxdur.

ABC.AZ-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

"Böyük Britaniya bəyan edib ki, bu yeni növ daha asan ötürülür, amma hələlik onun ağır xəstəliyə və ya ölümcül nəticəyə səbəb ola biləcəyinə dair sübut yoxdur". Qebreyesus belə deyib. O vurğulayıb ki, SARS-CoV-2-nin bütün viruslarının ötürülməsini mümkün qədər tez yatırtmaq lazımdır: “Biz onlara nə qədər yayılmaq imkanı veririksə, onların o qədər dəyişmək imkanları olur", - deyə ÜST rəhbəri bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər