Gürcüstanın idxal etdiyi elektrikin yarısı Azərbaycanın payına düşür - Hesabat

12:01 - 22.12.2020


22 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Gürcüstan 1270,9 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

ABC.AZ xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun hesabatında bildirilir.

Sənədə əsasən, həmin həcmin 575 milyon kilovatt/saatı və yaxud 45,25 %-i Azərbaycanın payına düşüb. 11 ay ərzində Gürcüstan vasitəsilə Azərbaycandan Türkiyəyə 101,79 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranziti həyata keçirilib.

 

Bütün xəbərlər