“Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq – Yenilik

14:40 - 22.12.2020


22 dekabr, Fineko/abc.az. “AzInTelecom” MMC-nin nəzdində fəaliyyət göstərən Data Mərkəzi əsasında “Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq.

ABC.AZ-ın məlumatına görə, bu işlər “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında hazırlanmış Keçid Planına əsasən həyata keçirilir.

“Hökumət buludu”nun coğrafi ehtiyatlılığını, dayanıqlı fəaliyyətini, arxivdən bərpasının təmin edilməsini və kiberhücumlar, fövqəladə hallar, hərbi vəziyyət zamanı məlumatların qorunmasını Milli Data Mərkəzi təmin edəcək.

Bu mərkəz mühafizə olunması həyat təminatlı və mühüm əhəmiyyətli kritik infrastrukturdur. Hazırda layihənin infrastrukturu hazırlanır və Keçid Planına uyğun olaraq dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası başlanacaq.

 

Bütün xəbərlər