Gələn il Azərbaycanın qaz hasilatı artırılacaq – Proqnoz

15:03 - 22.12.2020


22 dekabr, Fineko/abc.az. Azərbaycan 2024-cü ildə qaz hasilatını 49 209 min kubmetrə çatdıracaq.

ABC.AZ-ın məlumatına görə, bu büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə qeyd olunub.

Bu, 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 22,68% çoxdur.

Sözügedən sənəddə qeyd olunur ki, gələn il ölkədə 40 112,3 min kubmetr qazın hasil ediləcəyi proqnozlaşdırılır. 2022-ci ildə bu göstəricinin 44 423 min kubmetr, 2023-cü ildə isə 47 889 min kubmetr olacağı ehtimal olunur.

 

Bütün xəbərlər