Qarşıdakı 4 ildə Azərbaycanın neft və qaz satışından əldə edəcəyi gəlir açıqlanıb – Böyük məbləğ

16:40 - 22.12.2020


22 dekabr, Fineko/abc.az. Azərbaycan 2024-cü ildə $13 370,5 mln. dəyərində neft və qaz sənayesi məhsulları ixrac edəcək.

ABC.AZ-ın məlumatına görə, bu "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə qeyd olunub.

Bildiriıib ki, bu 2021-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 18% çoxdur.

Belə ki, 2021-ci ildə Azərbaycan $11 341,3 mln., 2022-ci ildə – $12 408,6 mln., 2023-cü ildə isə $13 162,1 mln. dəyərində neft-qaz sənayesi malları ixrac edəcək.

Göründüyü kimi, növbəti 4 ildə Azərbaycanın neft-qaz sektoru üzrə məhsul ixracının dəyəri $50 252,5 mln. təşkil edəcəyi gözlənilir.

 

Bütün xəbərlər