Türkiyə hərbçiləri Qarabağda atəşkəsə nözarət üçün yola düşüb – Hulusi Akar

17:16 - 22.12.2020


22 dekabr, Fineko/abc.az. Qarabağa Türkiyənin 136 nəfər Xüsusi Mina Axtarma və Təmizləmə qrupunda sonra, atəşkəs rejiminə nəzarət etmək üçün 60 hərbçi yola düşüb.

ABC.AZ xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir qeyd edib ki, Qarabağda atəşkəs rejiminə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi haqqında razılaşma təmin olunub və hazırda mərkəzin tikintisi davam edir.

Nazirin sözlərinə görə, xidmət müddəti ilə bağlı məsələ Rusiya tərəfi ilə müzakirə edilir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər