Azərbaycanın energetika naziri TAPI boru kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma prosesində iştirak edəcək

21.02.2018,16:47


21 fevral, Fineko/abc.az. Fevralın 23-də Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz boru.

kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimi keçiriləcək.

Energetika Nazirliyinin məlumatında deyilir ki, təməlqoyma mərasimində Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək.

“Həmin gün Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan marşrutu üzrə elektrikötürmə xəttinin və optik-lifli rabitə xəttinin tikintisinə də başlanacaq. Sərhətabad (Türkmənistan)-Turqundi (Əfqanıstan) dəmir yolu istismara veriləcək”, - məlumatda  belə deyilir.

TAPI qaz xəttinin tikintisi 2015-ci il dekabrın 13-də başlayıb.

 

Açar sözlər: TAPI Şahbazov