İpoteka və Kredit Zəmanət Fondunun reytinqi mənfiyə düşdü

12:14 - 23.12.2020


23 dekabr, Fineko/abc.az. "Fitch Ratings" beynəlxalq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yerli və xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini "BB+", reytinq üzrə proqnozu isə "mənfi" səviyyəsində təsdiqləyib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, reytinqin və reytinq üzrə proqnozun bu səviyyədə təsdiq olunması İKZF-nin və Azərbaycanın reytinqi və reytinq üzrə proqnozunun bərabər tutulmasını göstərir və məhz bu səbəbdən ölkənin gələcəkdəki reytinqində və ya reytinq üzrə proqnozunda dəyişiklik İKZF-yə birbaşa təsir göstərəcək.

"Fitch" həm də fondun avtonom kredit ödəmək qabiliyyətini Azərbaycanın bu meyar üzrə göstəricisini əks etdirdiyi bildirib.

Bundan başqa, agentlik İKZF-nin "mülkiyyət və nəzarət" üzrə göstəricisini "çox güclü" səviyyədə qiymətləndirib.

 

Bütün xəbərlər