Müdafiə nazirliyi yoxlamalar keçirdi - Vəzifəli şəxslər cəzlandırıldı

14:07 - 23.12.2020


23 dekabr, Fineko/abc.az. Müdafiə Nazirliyi yoxlama keçirilməsi ilə bağlı məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, Müdafiə nazirinin əmri ilə qısa müddət ərzində mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitinin yoxlanılmasını həyata keçirib.

"Kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkar edilməyib. Bununla belə bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkar olunan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb. Vəzifələrinin icrasına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb və onlar barəsində müvafiq tədbirlər görülüb" deyə nazirliyin yaydığı açıqlamada qeyd olunub.

Bütün xəbərlər