Xarici borclanmaya iqtisadi aktivliyə təkan vermək üçün gedirik – Samir Şərifov

14:34 - 23.12.2020


23 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Milli Məclisdə büdcə müzakirələri keçirilib.

ABC.AZ-ın məlumatına görə, müzakirələr zamanı bir sıra vacib məqamlara toxunulub.

Maliyyə naziri Samir Şərifov xarici borclanma məsələsinə aydınlıq gətirib.

“Biz xarici borclanmaya ona görə gedirik ki, ölkədə iqtisadi aktivliyə təkan verək. Xarici borclanmaya getməmək üçün bir yol vergilərin artırılmasıdır. Vergilərin artırılması isə sui-qəsd olar. Ona görə də biz borclanmaya gedirik. Bu amil dünya ölkələrinin təcrübəsində də mövcuddur” deyə nazir qeyd edib.

 

Bütün xəbərlər