Ermənistanda benzinin qiyməti bahalaşdı - Ölkədə iqtisadi problemlər dərinləşir

16:42 - 23.12.2020


23 dekabr, Fineko/abc.az. Ermənistanda müharibədən sonra iqtisadi çöküntilər dərinləşməkdədir.

ABC.AZ-ın məlumatına görə, noyabrda Ermənistanda dollara olan yüksək tələb yerli məzənnə olan dramın dəyərinin ucuzlaşmasına, beləliklə yanacaq da daxil olmaqla idxal olunan malların bahalaşmasına yol açıb.

Belə ki, benzinin qiyməti bir neçə faiz bahalaşaraq 370 drama (1.20 azn) yüksəlib. Ekspertlər hesab edir ki, benzinlə əlaqəli olaraq maye qazı da bahalaşa bilər.

Benzinin bahalaşması isə taksi xidmətlərinin qiymətlərinin ikiqat artmasına gətirib çıxarıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər