Yerevanda aksiyaçılar şəhərin mərkəzində çadır qurub – Etirazlar böyüyür

11:27 - 24.12.2020


24 dekabr, Fineko/abc.az. Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən onlarla müxalifətçi Yerevanın mərkəzi meydanında gecələyir.

ABC.AZ-ın məlumatına görə, aksiyaçılar təxminən 10-a yaxın çadır qurublar, həmçinin qızınmaları üçün tonqallar qalayıblar.

Onların ətrafında polis əməkdaşları növbə çəkir.

Məlumata görə, asayiş keşikçiləri etirazçıları meydandan qovmağa çalışmırlar. Qeyd edək ki, nümayişçilər bundan əvvəl hökumət binalarında və baş nazirin iqamətgahında talanları təşkil ediblər. Polis və xüsusi xidmət orqanlarının əməkdaşları etirazçıları qovub, ancaq Ermənistanın böyük şəhərlərində nümayişlər hələ səngimir.

 

Bütün xəbərlər