Gələn il Azərbaycanın idxal və ixrac həcmi belə olacaq – Hesabat

15:02 - 24.12.2020


24 dekabr, Fineko/abc.az. 2021-ci ildə Azərbaycandan mal ixracının həcminin 13,330 mlrd. ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırır.

ABC.AZ-ın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

Sözügedən sənəddə ölkəyə mal idxalının həcminin isə 10,654 mlrd. dollar təşkil edəcəyi proqnozlaşdırılır. Beləliklə, ümumi ticarət dövriyyəsinin həcminin 23,984 mlrd. dollar olacağı gözlənilir.

Göstəricilərə əsasən, gələn il saldo müsbət olacaq və 2,676 mlrd. dollar təşkil edəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər