Bakıda daha bir neçə küçəyə yol çəkilib – Foto

15:39 - 24.12.2020


24 dekabr, Fineko/abc.az. Bakının Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində ümumi uzunluğu 18 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, növbəti mərhələdə rayonun Binə, Türkan və Zirə qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 34,4 kilometr uzunluğa malik küçə və yollarda aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir.

Layihəyə uyğun olaraq, Xəzər rayonunun Binə qəsəbəsində Südçülük sovxozunun, Ramana və Atçılıq yaşayış massivlərinin daxili küçələri, həmçinin 1,4 kilometr uzunluğa malik Babək və Musabəyov küçələrində, Türkan qəsəbəsində ümumi uzunluğu 8,9 kilometr olan döngələri ilə birgə Xanlar küçəsi, Vərəm sanatoriyasının ətrafındakı küçələr və üzümçülük sovxozunun daxili küçələrində, Zirə qəsəbəsində isə ümumi uzunluğu 11,6 kilometr olan Yeni yaşayış və Südçülük sovxozu yaşayış massivlərinin daxili küçələrində aparılan təmir işləri yekunlaşmaq üzrədir.

 


Bütün xəbərlər