Orta aylıq maaş 800 manatı keçəcək – Proqnoz

16:04 - 24.12.2020


24 dekabr, Fineko/abc.az. Azərbaycanda 2024-cü ildə orta aylıq əməkhaqqı 816,1 manata çatdırılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə deyilir.

Sənəddə qeyd olunur ki, real artım tempi 1,1% təşkil edəcək.

Qeyd olunub ki, 2021-ci ildə ölkədə orta aylıq əməkhaqqı 727,3 manat (real artım tempi 0,5%), 2022-ci ildə – 757,1 manat (1,2%), 2023-cü ildə isə 785,9 manat (1%) olacağı gözlənilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər