Müharibədə gördüyümüz işlər aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir – Prezident

16:42 - 24.12.2020


24 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Qubadlı şəhərinə səfər edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı səfər zamanı əsgərlərlə görüşüb və onların qarşısında çıxış edib.

İ.Əliyev çıxışında bildirib ki, müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir.

"Bu haqda məndə dəqiq məlumat var. Bizim xarici tərəfdaşlarımız bu məlumatı bizə çatdırıblar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində Azərbaycanın döyüş taktikası, bizim əməliyyatlar öyrənilir və bu, müasir döyüş taktikasıdır. Bizə qədər dünyada heç kim bu taktikadan istifadə etməyib" deyə dövlət başçısı vurğulayıb.

 

Bütün xəbərlər