İcbari tibbi sığorta haqlarının toplanmasına başlanılır – Detallar

10:42 - 25.12.2020


25 dekabr, Fineko/abc.az. “Tibbi sığorta haqqında” qanuna əsasən gələn il yanvarın 1-dən etibarən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ABC.AZ-a verilən məlumata görə, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər