Daha bir dələduz həbs olundu – Baş Prokurorluq məlumat yaydı

11:47 - 25.12.2020


25 dekabr, Fineko/abc.az. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş Qəhrəmanov Pərvin İftixar oğlunun qanunsuz hərəkətləri barədə müraciət əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, aparılmış ilkin istintaqla Qəhrəmanov Pərvin İftixar oğlunun özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Baş Prokurorluğunun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib vətəndaşa Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib sonuncuya məxsus 5 min manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Pərvin Qəhrəmanov barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Bütün xəbərlər